Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib Püşkatma mərasimi Serbiyanın paytaxtı Belqradda keçirilib
Komanda
2 Oktyabr , 2015 15:43
Azərbaycanın futzal millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqradda futzal üzrə 2016-сı il Avropa çempionatının püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycan milli komandası D qrupuna düşüb.

Tino Peresin baş məşqçi olduğu yığmaya İtaliya və Çexiya rəqib olub. Qrupların tərkibi belədir:

A qrupu: Serbiya, Portuqaliya, Sloveniya,  

B qrupu: İspaniya, Ukrayna, Macarıstan

C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan

D qrupu: İtaliya, Çexiya, Azərbaycan

Püşkü futbol üzrə Serbiya milli komandasının sabiq kapitanı Deyan Stankoviç çəkib. 

Qeyd edək ki, oyunlar gələn il fevralın 2-dən 13-dək davam edəcək. Qruplarda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər. 

Son xəbərlər

Orphus sistemi