​Azərbaycanın daha bir boksçusu olimpiadaya lisenziya qazanıb

​Azərbaycanın daha bir boksçusu olimpiadaya lisenziya qazanıb 81 kq çəki dərəcəsində çıxış edən idmançı buna Bakıda keçirilən Dünya Təsnifat Turnirində nail olub
Komanda
23 İyun , 2016 21:42
​Azərbaycanın daha bir boksçusu olimpiadaya lisenziya qazanıb

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan boksçusu Teymur Məmmədov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən 22 yaşlı idmançı buna Bakıda keçirilən Dünya Təsnifat Turnirində nail olub.

"Bakı 2015"in qalibi 1/4 finalda mərakeşli Hassan Saadla qarşılaşmalı idi. Lakin Saad zədə səbəbindən döyüşə çıxmayıb. 1/8 final döyüşündə qaşının partlaması səbəbindən onu döyüşə buraxmayıblar. Nəticədə Məmmədov yarımfinala yüksəlməklə bərabər, olimpiadaya vəsiqənin sahibinə çevrilib. O, boks növündə Azərbaycanın 9-cu lisenziyasını əldə edib. Bunlardan 8-i kişilər, 1-i qadınlara məxsusdur.

İyunun 24-də isə 49 kq çəkidə yer alan Rüfət Hüseynov meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda qarşılaşacaq. Bu çəkidə finala yüksələn boksçu "Rio-2016"ya vəsiqə əldə edəcək.

Bu gün rinqə çıxan digər boksçu Kamran Şahsuvarlı isə 75 kq çəkidə 1/4 final döyüşündə "Bakı 2015"in qalibi, irlandiyalı Maykl O Rilliyə uduzaraq, mübarizəni dayandırıb. Bununla belə, Şahsuvarlı O Rilli qalib olacağı təqdirdə, lisenziya qazanacaq.

Qeyd edək ki, Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq. və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq.

Son xəbərlər

Orphus sistemi