Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək Millimiz ötən gün B qrupunda Çilini məğlub edib - 17:14
Komanda
13 Aprel , 2024 09:24
Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək.

"Report"un məlumatına görə, yığma Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustan və Niderland ilə üz-üzə gələcək.

Qarşılaşmalar müvafiq olaraq saat 11:55 və 13:45-də başlayacaq.

Millimiz ötən gün B qrupundakı ilk matçında Çilini məğlub edib - 17:14.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi