​Azərbaycanın 2 cüdoçusu Qran Pridə finala yüksəlib

​Azərbaycanın 2 cüdoçusu Qran Pridə finala yüksəlib Elxan Məmmədov və Uşangi Kokauri həlledici qarşılaşmada iştirak hüququna yiyələniblər
Komanda
15 May , 2016 12:47
​Azərbaycanın 2 cüdoçusu Qran Pridə finala yüksəlib

Bakı. 15 May. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində keçirilən Qran Pridə Azərbaycanın 2 cüdoçusu finala yüksəlib. "Report"un məlumatına görə, Elxan Məmmədov (100 kq) və Uşangi Kokauri (+100 kq) həlledici qarşılaşmada iştirak hüququna yiyələnib.

Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Məmmədov tatami üzərinə 1/8 final mərhələsindən çıxıb. O, ardıcıl olaraq, Aybek Serikbayevi (Qazaxıstan) və Soyib Kurbonovu (Özbəkistan) məğlub etdikdən sonra yarımfinalda Mikloş Sirjeniksi (Macarıstan) də ippola üstələyərək, finala yüksəlib. Həlledici qarşılaşmada dünya çempionunun rəqibi Rafael Buzakarini (Braziliya) olacaq.

Kokauri 1/16 finaldan başlayaraq, Yuri Krakovetski (Qırğızıstan), Kristofer Şerrinqton (Böyük Britaniya) və Faysel Jaballahı (Tunis) məğlub edib. O, yarımfinalda İslam əl-Şəvabini (Misir) də yenib və finalda tarixi həmyerlisi Adam Okruaşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Mehdiyev də mübarizəyə 1/16 finaldan başlayıb. O, ardıcıl olaraq, Aleksandr Marmeljuk (Estoniya), Freyzer Çemberlen (Böyük Britaniya) və Kolton Braunu (ABŞ) yendikdən sonra yarımfinala finala yüksəlib. Lakin finala gedən yolda 23 yaşlı idmançı Xunjao Çenqə (Çin) uduzub. Mehdiyev Abderrahmane Behamadiyə (Əlcəzair) qalib gələ bilsə, bürünc medal qazanacaq.

Bu gün tatami üzərinə çıxan Azərbaycanın daha 2 cüdoçusuna gəldikdə, Firudin Dadaşov (90 kq) ilk görüşündə Səid Əmi Jambekovu (Rusiya) yensə də, 1/16 finalda Abderrahmane Behamadiyə (Əlcəzair), Cəlil Şükürov (100 kq) isə ilk qarşılaşmadaca Anis Ben Xaledə (Tunis) uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, daha 9 cüdoçu ilk 2 yarış günündə mübarizə aparsa da, erkən mərhələlərdə uğursuzluğa düçar olub.

Son xəbərlər

Orphus sistemi