​Azərbaycanda peyntbol çempionatı başlayıb

​Azərbaycanda peyntbol çempionatı başlayıb Azərbaycan Peyntbol Federasiyasının prezidenti Əli Hüseynli, Avropa Peyntbol Federasiyasının birinci vitse-prezidenti Viktor Toqayev çıxış edib
Komanda
8 Noyabr , 2014 15:23
​Azərbaycanda peyntbol çempionatı başlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Qəbələ şəhərində Azərbacaynın Milli Bayraq Günü və Konstitusiya gününə həsr edilmiş peyntbol üzrə respublika çempionatı başlayıb. “Report”un məlumatınma görə, çempionat Azərbaycan Peyntbol Federasiyası tərəfindən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, ASAN Xidmət və Qəbələ Atıcılıq Klubunun dəstəyi ilə keçirilir.

Əvvəlcə Qəbələ Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasimində Azərbaycan Peyntbol Federasiyasının prezidenti Əli Hüseynli, Avropa Peyntbol Federasiyasının birinci vitse-prezidenti Viktor Toqayev çıxış edib.

Çempionatda Fövqəladə Hallar, Ədliyyə, Vergilər nazirliklərinin, Xüsusi Dövlət Mühafzə Xidməti, Miqrasiya xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və hərbi xidmət çağırış dövlət xidməti, ASAN xidmət və “Komandos” Peyntbol Klubunun peyntbolçuları yarışırlar. Oyunlar hər bir komandanın tərkibində 6 nəfər olmaqla keçirilir.

Çempionat sabah – noyabrın 9-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi