Azərbaycan yığmasının voleybolçusu klublararası dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan yığmasının voleybolçusu klublararası dünya çempionatında bürünc medal qazanıb Natalya Məmmədova "Volero"nun heyətində uğur əldə edib
Komanda
11 May , 2015 11:50
Azərbaycan yığmasının voleybolçusu klublararası dünya çempionatında bürünc medal qazanıb

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandasının üzvü Natalya Məmmədovanın çıxış etdiyi İsveçrə "Volero"su Sürix şəhərindəki klublararası dünya çempionatında bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, "Volero" 3-cü yer uğrunda qarşılaşmada Braziliya "Reksona"sını məğlubiyyətə uğradıb - 3:0 (25:21, 25:17, 25:18).

Bu matçda əsas heyətdə çıxış edən Məmmədova komandasına 9 xal qazandırıb.

Dünya çempionu adına isə finalda Rusiyanın "Dinamo" (Krasnodar) komandasını 3:1 hesabı ilə qalib gələn Türkiyənin "Eczacıbaşı" klubu layiq görülüb.

Son xəbərlər

Orphus sistemi