​Azərbaycanın voleybol klublarının Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib

​Azərbaycanın voleybol klublarının Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib Siyahıda Polşa, Fransa, İtaliya və Türkiyə klublarının adı var
Komanda
10 İyun , 2016 00:01
​Azərbaycanın voleybol klublarının Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib

Bakı. 10 iyun. REPORT.AZ/ Voleybolçu qadınlar arasında Çempionlar Liqasının 2016-2017 mövsümünün püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, püşk nəticəsində Azərbaycan çempionu "Azərreyl"lə vitse-çempion "Telekom"un rəqibləri müəyyənləşib.

"A" Qrupu: "Ximik" (Polşa), "İmoko Konelyano" (İtaliya), "Telekom" (Azərbaycan), təsnifat mərhələsində 3 cütünün qalibi

"B" Qrupu: "Dinamo" (Moskva, Rusiya), "Volero" (İsveçrə), "Alba" (Rumıniya), təsnifat mərhələsində 4 cütünün qalibi

"C" Qrupu: "Azərreyl" (Azərbaycan), "Sent-Rafael Var" (Fransa), "Fənərbağça" (Türkiyə), təsnifat mərhələsində 2 cütünün qalibi

"D" Qrupu: "Vakıfbank" (Türkiyə), "Drezdner" (Almaniya), "Uraloçka" (Rusiya), təsnifat mərhələsində 1 cütünün qalibi

Qeyd edək ki, qrup mərhələsində oyunlara oktyabrın 18-də start veriləcək. Qalib isə gələn il aprelin 23-də müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi