​Azərbaycan şahmatçısı "Qatar Masters Open 2014" turnirində beşinci olub

​Azərbaycan şahmatçısı "Qatar Masters Open 2014" turnirində beşinci olub Qətərin paytaxtı Doha şəhərində keçirilən beynəlxalq yarış başa çatıb
Komanda
6 Dekabr , 2014 08:42
​Azərbaycan şahmatçısı Qatar Masters Open 2014 turnirində beşinci olub

Bakı. 6 dekabr. REPORT.AZ/ Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qatar Masters Open 2014” beynəlxalq şahmat turniri yekunlaşıb.

"Report" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, sonuncu turda qara fiqurlarla mübarizə aparan təmsilçimiz Vasif Durarbəyli Ukrayna təmsilçisi Yuri Krivoruckonu məğlub edərək aktivinə 6.5 xal yazıb.

Rauf Məmmədov və Zeynəb Məmmədyarova isə Hindistan təmsilçiləri üzərində qələbə qazanıblar. Şəhriyar Məmmədyarov Polşa şahmatçısı Dariuş Sverc, Eltac Səfərli rusiyalı rəqibi Yevgeni Tomaşevski və Qədir Hüseynov Ermənistan təmsilçisi Qabriel Sarqisyanla xalları yarı bölüb. Günay Məmmədzadə İran şahmatçısı Sarasadat Xademalşarieşə məğlub olub.

Beləliklə, Vasif Durarbəyli 6.5 xalla turnirin beşincisi olub. Eltac Səfərli 6 xalla 7-23-cü yerləri bölüşdürərək əlavə göstəricilərə görə 18-ci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov 5.5 xal, Qədir Hüseynov 5 xal, Zeynəb Məmmədyarova 4.5 xal və Günay Məmmədzadə 3 xal toplayıb.

Turnirin qalibi adını aktivinə 7.5 xal yazan Çin şahmatçı Yu Yangyi qazanıb.

Son xəbərlər

Orphus sistemi