​Azərbaycan şahmatçıları Komandalararası Avropa çempionatında növbəti görüşlərini keçirəcək - ƏLAVƏ OLUNUB

​Azərbaycan şahmatçıları Komandalararası Avropa çempionatında növbəti görüşlərini keçirəcək - ƏLAVƏ OLUNUB Rəqiblər Hollandiya və Polşadır
Komanda
19 Noyabr , 2015 14:26
​Azərbaycan şahmatçıları Komandalararası Avropa çempionatında növbəti görüşlərini keçirəcək - ƏLAVƏ OLUNUB

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət komandaları İslandiyanın Reykyavik şəhərində davam edən Avropa çempionatında bu gün VI turun görüşlərini keçirəcəklər. "Report"un məlumatına görə, rəqiblər müvafiq olaraq, Hollandiya ilə Polşadır. 

Artıq komandaların heyəti açıqlanıb:

Kişilər

Azərbaycan - Hollandiya

Şəhriyar Məmmədyarov - Aniş Giri 

Teymur Rəcəbov - Ervin Lami 

Arkadi Naydiç - İvan Sokolov 

Rauf Mamedov - Sergey Tivyakov

Qadınlar

Azərbaycan - Polşa 

Zeynəb Məmmədyarova - Monika Sokko 

Gülnar Məmmədova - İveta Rayliç 

Nərmin Kazımova - Karina Şçepkovska-Horovska 

Xəyalə Abdulla - Yoanna Maydan-Qajevska

Görüşlər Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 

5 turdan sonra Azərbaycanın kişilərdən ibarə komandası 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət və 7 xalla 5-ci pillədə qərarlaşıb. Eyni xala malik Hollandiya isə 6-cı pillədədir. 

Qadınlardan ibarət Azərbaycan komandası 3 qələbə və 2 məğlubiyyət nəticəsində 6 xalla 11-ci, eyni xala malik Polşa 9-cudur. 

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət seçmə komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Arkadi Naydiç, Fikrət Sideifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət komandada isə Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva təmsil edir. 66 komandanın mübarizə apardığı çempionat noyabrın 22-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi