Azərbaycan millisinin voleybolçusu: Xorvatiyada maksimuma nail olmağa çalışacağıq

Azərbaycan millisinin voleybolçusu: Xorvatiyada maksimuma nail olmağa çalışacağıq Xorvatiyada maksimuma nail olmağa çalışacağıq.
Komanda
7 May , 2024 13:45
Azərbaycan millisinin voleybolçusu: Xorvatiyada maksimuma nail olmağa çalışacağıq

Xorvatiyada maksimuma nail olmağa çalışacağıq.

"Report"un məlumatına görə, bunu Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının üzvü Anastasiya Bayduk komandanın Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, hazırlıq prosesi və Xorvatiyada keçiriləcək oyunlar barədə danışıb: “Təəssüf ki, hazırlıq üçün vaxtımız az oldu. Amma çalışırıq, yaxşı məşq edirik. Xorvatiyada da özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Səfərdən qələbə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Hədəf ən yaxşı oyunumuzu göstərmək və qalib gəlməkdir. Bütün rəqiblərimiz güclü olsalar da, maksimuma nail olmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə Faiq Qarayevin yetirmələri Slovakiya ilə qarşılaşacaq. Hər iki matç Xorvatiyada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi