Azərbaycan millisinin üzvü İtaliya A seriyasında oynayacaq

Azərbaycan millisinin üzvü İtaliya A seriyasında oynayacaq Anna Nazarenko "Volley 2002 Forli" klubu ilə müqavilə bağlayıb
Komanda
1 Noyabr , 2014 15:47
Azərbaycan millisinin üzvü İtaliya A seriyasında oynayacaq
Bakı. 1 noyabr. REPORT.AZ/ Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Anna Nazarenko karyerasını İtaliya A seriyasında çıxış edən "Volley 2002 Forli" klubunda davam etdirəcək. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı orta blokçu ilə rəsmi müqavilə bağlanılıb. 

Nazarenko əvvəllər Ukraynanın "Kruq", Azərbaycanın "Lokomotiv" və Polşanın "Pila" komandalarında çıxış edib. Onun son komandası fəaliyyətini dayandıran "İqtisadçı" olub. 

Qeyd edək ki, Anna Nazarenko iyunda Azərbaycan millisinin heyətində Avropa Liqasında çıxış etsə də, İtaliyada keçirilmiş dünya çempionatına aparılmayıb.

Son xəbərlər

Orphus sistemi