Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb Siyahıda 14 oyunçu yer alıb
Komanda
9 May , 2024 12:00
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti bəlli olub.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, siyahıda 14 oyunçu yer alıb.

Hücumçular: Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova

Blokçular: Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova

Toppaylayıcılar: Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva

Liberolar: Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova

Baş məşqçi: Faiq Qarayev

Köməkçi məşqçilər: Famil Ağayev, Emin Əbilov, Sinişa Popek

Qeyd edək ki, yığma mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya yığması olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya yığmalarıdır.

Son xəbərlər

Orphus sistemi