Azərbaycan millisinin baş məşqçisi: "Şanslardan istifadə edə bilməyəndə, rəqibin təzyiqi ilə üzləşirdik"

Azərbaycan millisinin baş məşqçisi: "Şanslardan istifadə edə bilməyəndə, rəqibin təzyiqi ilə üzləşirdik" Belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir
Komanda
16 Sentyabr , 2016 08:34
Azərbaycan millisinin baş məşqçisi: Şanslardan istifadə edə bilməyəndə, rəqibin təzyiqi ilə üzləşirdik

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Ümumilikdə yaxşı oyun oldu. Biz də yaxşı oynadıq. Amma belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir".

"Report" xəbər verir ki, bu sözləri futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Azərbaycan – İspaniya oyunundan sonra Azərbaycan millisinin baş məşqçisi Milton Luis Ziller Junior deyib.

O, qeyd edib ki, Azərbaycan millisi bəzi imkanlardan istifadə edə bilməyib: "Bugünkü oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Biz əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik”.

Son xəbərlər

Orphus sistemi