Azərbaycan - Hollandiya futzal matçının keçiriləcəyi arena müəyyənləşib

Azərbaycan - Hollandiya futzal matçının keçiriləcəyi arena müəyyənləşib Bu barədə Asim Xudiyev məlumat verib
Komanda
16 Fevral , 2016 15:03
Azərbaycan - Hollandiya futzal matçının keçiriləcəyi arena müəyyənləşib

Bakı. 16 fevral. REPORT.AZ/ Futzal üzrə dünya çempionatının "pley-off" mərhələsi çərçivəsində Azərbaycan və Hollandiya milli komandaları arasında keçiriləcək cavab görüşünün məkanı müəyyənləşib. Bu barədə "Report"a AFFA-nın futzal koordinatoru Asim Xudiyev məlumat verib. 

Onun sözlərinə görə, matç aprelin 12-də Bakı İdman Sarayında təşkil olunacaq. Rəsmi qərar gələn həftənin əvvəllərinədək açıqlanacaq. 

Qeyd edək ki, ilk görüş martın 22-də Hollandiyanın Almere şəhərindəki "Topsportsentrum" kompleksində keçiriləcək. İki oyunun yekununda qalib komanda 10 sentyabr - 2 oktyabrda Kolumbiyada baş tutacaq dünya çempionatına vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi