​Azərbaycan güləşçiləri Avropa çempionatını 4 medalla başa vurub

​Azərbaycan güləşçiləri Avropa çempionatını 4 medalla başa vurub Yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 3-cü olub
Komanda
25 İyun , 2015 01:27
​Azərbaycan güləşçiləri Avropa çempionatını 4 medalla başa vurub

Bakı. 25 İyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi daha 2 medal qazanıb.

"Report"un məlumatına görə, sərbəst güləşçilərdən Səid Həmidov (120 kq) qızıl, Hacımurad Məmmədsəidov (84 kq) gümüş medala sahib olub.

İlk yarış günündə isə Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bürünc medalla kifayətlənib.

Beləliklə, çempionatı 1 qızıl, 3 bürünc medalla başa vuran Azərbaycanın sərbəst güləş millisi komanda hesabında 47 xalla üçüncü olub. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi