​Azərbaycan güləş üzrə Dünya çempionatını 5-ci yerdə başa vurub

​Azərbaycan güləş üzrə Dünya çempionatını 5-ci yerdə başa vurub İdmançılarımız ümumilikdə 8 medal qazanıblar
Komanda
13 Sentyabr , 2015 13:32
​Azərbaycan güləş üzrə Dünya çempionatını 5-ci yerdə başa vurub

Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las-Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı başa çatıb.

"Report" xəbər verir ki, Azərbaycan yığması ümumi komanda hesabında 5-ci yeri tutub.

Komanda ümumilikdə 2 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 8 medal qazanıb.

Yarışlarda birinci yeri Rusiya 14 ( 4- 2-8), ikinci yeri ev sahibi ABŞ 7 (4-0-3), üçüncü yeri hərəyə beş medal olmaqla Yaponiya və Türkiyə (3-1-1) komandaları tutub.

Son xəbərlər

Orphus sistemi