Azərbaycan cüdoçuları Avropa çempionatında daha 4 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa çempionatında daha 4 medal qazanıblar Millimiz aktivindəki qızıl medalların sayını 5-ə çatdırıb
Komanda
26 İyun , 2016 03:37
Azərbaycan cüdoçuları Avropa çempionatında daha 4 medal qazanıblar

Bakı. 26 iyun. REPORT.AZ/ Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir.

Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan milli komandası yarışın üçüncü günü aktivinə daha 4 medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Vuqar Budaqov qızıl medala sahib olub.

+100 kq çəki dərəcəsində çıxış edən Zaur Bağırovmillimizə Avropa çempionatında növbəti qızıl medalı qazandırıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən ZaurPaşayev isə bürünc medala sahib olub.

70 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçumuz Zülfiyyə Hüseynovanın da çıxışı uğurlu alınıb. Hüseynova millimizin aktivinə 5-ci qızıl medalı yazdırıb.

Xatırladaq ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan millisi 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Qeyd edək ki, 38 ölkədən 813 idmançının (702 kişi, 111 qadın) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi