​Azərbaycan Boks Federasiyası: Loqomuzda Naxçıvan Azərbaycanın tərkib hissəsi kimi göstərilib

​Azərbaycan Boks Federasiyası: Loqomuzda Naxçıvan Azərbaycanın tərkib hissəsi kimi göstərilib Federasiyanın, eləcə də qurumun rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz
Komanda
30 Avqust , 2015 21:35
​Azərbaycan Boks Federasiyası: Loqomuzda Naxçıvan Azərbaycanın tərkib hissəsi kimi göstərilib

Bakı. 30 Avqust. REPORT.AZ/ “Azərbaycan Boks Federasiyasının (ABF) rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib”.

“Report” xəbər verir ki, bu barədə federasiyanın yerli mətbuatda dərc olunan “Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub” başlıqlı xəbərə cavab olaraq yaydığı açıqlamada bildirilir.

ABF bununla əlaqədar bildirir ki, federasiyanın, eləcə də qurumun rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz.

“Bundan başqa, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərən loqo əks olunub. Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyəti yoxdur. Bu çox güman ki, ayrı-ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla bağlılığı olmayan idman geyimidir. ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində sizə göndərdiyimiz loqo əks olunub. Xahiş edirik ki, bu məsələni yenidən araşdırıb oxuculara obyektiv məlumat verəsiniz”, - deyə açıqlamada bildirilir.

Son xəbərlər

Orphus sistemi