AZAL gənc futbolçunu heyətinə qatıb

AZAL gənc futbolçunu heyətinə qatıb Eltun Hüseynov "təyyarəçilər"lə iki illik müqavilə bağlayıb
Komanda
3 Yanvar , 2016 17:39
AZAL gənc futbolçunu heyətinə qatıb

Bakı. 3 yanvar. REPORT.AZ/ AZAL futbol klubu yeni ildə ilk transferini gerçəkləşdirib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "təyyarəçilər" Eltun Hüseynovla iki illik müqavilə bağlayıb.

23 yaşlı futbolçu mövsümün birinci yarısını “Zirə”də keçirib.

Qeyd edək ki, gənc müdafiəçi hələ yayda AZAL-a keçə bilərdi. Baş məşqçi Tərlan Əhmədov tərəfindən heyətə dəvət olunan və anlaşmaya imza atan E.Hüseynovun sənədlə bağlı problemləri olduğundan onun AZAL-a keçidi baş tutmamışdı. Sonradan gənc futbolçu "Bakı" ilə problemini həll edərək "Zirə"yə keçmişdi.

Son xəbərlər

Orphus sistemi