AFFA-nın baş katibi Cavid Hüseynovun həbsinə münasibət bildirib

AFFA-nın baş katibi Cavid Hüseynovun həbsinə münasibət bildirib "Cavid Hüseynov yaxşı futbolçudur, son zamanlar da əla formada idi"
Komanda
1 Sentyabr , 2015 13:31
AFFA-nın baş katibi Cavid Hüseynovun həbsinə münasibət bildirib

Bakı. 1 sentyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbsinə münasibət bildirib. 

"Report"un məlumatına görə, E.Məmmədov deyib ki, bu hadisə təəssüfedicidir: "Biz öncədən hadisəyə münasibətimizi bildirmişik. Cavid Hüseynov yaxşı futbolçudur. Son zamanlar da yaxşı formada idi. Yəni, həm təmsil olunduğu klubda, həm də milli komandada özünü yaxşı göstərirdi. Ona daim əsas heyətdə yer verilirdi, güvənilirdi. Çox təəssüf ki, belə hadisə baş verdi. Ümidvarıq ki, o, gələcəkdə də karyerasını davam etdirəcək və azarkeşləri sevindirəcək. Əsas odur ki, ədalətli qərar olsun". 

E.Məmmədov bildirib ki, AFFA C.Hüseynovla bağlı müvafiq qurumlara rəsmi müraciət etməyib: "İstintaqın gedişini gözləyirik. Nəticə bəlli olduqdan sonra onun əsasında müraciət edəcəyik".

Son xəbərlər

Orphus sistemi