Ötən ay “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı 50 % artıb

Ötən ay “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı 50 % artıb Bakı metropolitenində “Əlçatan metro” layihəsi üzrə aprel ayında 90 sifariş icra olunub.
İnfrastruktur
6 May , 2024 11:36
Ötən ay “Əlçatan metro” layihəsindən istifadə edənlərin sayı 50 % artıb

Bakı metropolitenində “Əlçatan metro” layihəsi üzrə aprel ayında 90 sifariş icra olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, 3 nəfər verdiyi sifarişdən daha sonra imtina edib. 2023-cü ilin eyni ayında bu layihə üzrə 60 nəfər daşınıb. Ötən ilin aprel ayının müqayisəli təhlilinə əsasən, bu xidmətdən istifadə edənlərin sayı 50 % artıb.

Qeyd edək ki, “Əlçatan metro” layihəsi metropolitendən istifadə imkanları bu və digər səbəblərdən məhdud olan sərnişinlərin daşınması xidmətidir. 2019-cu ildən sərnişinlərin ixtiyarına verilən bu xidmətdən əlil arabası və uşaq arabacıqları ilə hərəkət edənlər, əsa və qoltuqaltı ağacdan istifadə edənlər, yaşlılar istifadə edir.

Son xəbərlər

Orphus sistemi