Bakıda qaldırıcı kran aşıb, mərkəzi yollardan birində tıxac yaranıb - FOTO

Bakıda qaldırıcı kran aşıb, mərkəzi yollardan birində tıxac yaranıb - FOTO Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri gəlib
İnfrastruktur
6 May , 2015 08:59
Bakıda qaldırıcı kran aşıb, mərkəzi yollardan birində tıxac yaranıb - FOTO

Bakı. 6 may. REPORT.AZ/ Bakı şəhəri Nəriman Nərimanov prospektinin İnşaatçılar prospekti ilə kəsişməsində (Dövlət Statistika Komitəsinin qarşısı) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində N.Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

"Hazırda yol nəqliyyat hadisəsi zamanı aşmış texnikanın yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır", - deyə NİİM-dən bildirilib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qaldırıcı kran Dövlət Statistika Komitəsinin (DSK) qarşısındakı dairədə olan reklam lövhəsini oradan götürən zaman ağırlığa tab gətirməyib. Nəticədə kran aşıb. Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) işçiləri, BŞİH-in ağır texnikası və əlavə olaraq iki ədəd qaldırıcı kran cəlb edilib.

Hazırda aşan kranın ərazidən götürülməsi istiqaməti işlər davam etdirilir

Son xəbərlər

Orphus sistemi