Bakı. 16 may. REPORT.AZ/ Bakıda müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev beynəlxalq hava limanında təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib.
Bu barədə "Report"a hava limanından bildirilib. Hazırda təyyarələrin qəbulunda və uçuşunda heç bir problem yoxdur.
Məlumata görə, aeroportda uçuşlar cədvələ uyğun həyata keçirilir.