Bakı. 17 mart. REPORT.AZ/ Bakıda sərnişin daşımaları sahəsində fəaliyyət göstərən "BakuBus" MMC gediş haqqı kartlarının (BakıKart) satış məntəqələrini genişləndirib.
"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, "BakıKart"ı MilliÖN ödəmə terminallarında da əldə etmək olacaq.
"Bakı şəhərində 50 avtobus dayanacağında MilliÖN aparatları var. Tezliklə bu rəqəmin 500 olacağı gözlənilir", - deyə məlumatda bildirilib.