Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Sumqayıt şosesində, Bakı Beynəlxalq Avtovağzalın qarşısında (paytaxta doğru) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilib.
Eyni zamanda, Bakının Koroğlu Rəhimov küçəsi (Prezident İqamətgahı qarşısında), Zərifə Əliyeva küçəsi, Moskva prospekti (mərkəzə doğru), o cümlədən Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) avtomobillərin sıxlığı müşahidə edilir.