"Qafqazlı qardaşqızı"nın premyerası olacaq

"Qafqazlı qardaşqızı"nın premyerası olacaq Əsərə quruluşu əməkdar incəsənət xadimi Əli Usubov verib
İncəsənət
31 Avqust , 2015 13:02
Qafqazlı qardaşqızının premyerası olacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Musiqili Teatrı yeni teatr mövsümündə ilk premyerasını sentyabrın 25-də təqdim edəcək.

"Report" xəbər verir ki, yeni əsər, SSRİ xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanan tamaşadır.

Tamaşa teatrın rus bölməsində hazırlanıb. Əsərə quruluşu əməkdar incəsənət xadimi Əli Usubov verib.

Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.

Tamaşada əsas rolları xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko və başqaları ifa edir. 

Son xəbərlər

Orphus sistemi