Bakı. 18 Avqust. REPORT.AZ/ Lük Bessonun "EuropaCorp" kinoşirkəti 2000-ci ildə qəzaya uğrayaraq batan "Kursk" atom sualtı qayığı barədə film üzərində işlərə başlandığını bəyan edib.
"Report" "Variety" nəşrinə istinadən xəbər verir ki, filmin rejissoru danimarkalı Martin Zandvlietdir.
Bildirilir ki, layihənin ssenari müəllifi "Sıravi Rayanı xilas etməli" filmindən tanınan Robert Rodatr.