Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda "Beynəlxalq Koroğlu Festivalı" keçiriləcək.
Bunu "Report"a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş sədri Məhərrəm Qasımlı deyib.
O bildirib ki, festivalda Azərbaycan da daxil olmaqla, Cənubi Azərbaycan aşıqları, həmçinin Türkiyə, Türkmənistan, türkdilli respublikaların aşıqları iştirak edə biləcəklər.
Məhərrəm Qasımlı ilin sonunadək Aşıqlar Birliyinin qurultayının keçiriləcəyini də deyib.