Xaled Hegazi: "M360 regional rəqəmsallaşmada Azərbaycanın mühüm rolunu nümayiş etdirir"

Xaled Hegazi: "M360 regional rəqəmsallaşmada Azərbaycanın mühüm rolunu nümayiş etdirir" eI-nin Strategiya və Tənzimləmə Məsələləri üzrə rəhbəri Xaled Hegazi Azərbaycana ilk səfəri zamanı Bakı haqqında müsbət təəssüratlarını bölüşüb.
İKT
17 May , 2024 10:19
Xaled Hegazi: M360 regional rəqəmsallaşmada Azərbaycanın mühüm rolunu nümayiş etdirir

e&I-nin Strategiya və Tənzimləmə Məsələləri üzrə rəhbəri Xaled Hegazi Azərbaycana ilk səfəri zamanı Bakı haqqında müsbət təəssüratlarını bölüşüb.

O bildirib ki, M360 tədbiri Azərbaycanın regional rəqəmsallaşmada əsas rolunu təsdiq edir.

Hegazi bu cür tədbirlərdə iştirakın faydalarını vurğulayaraq, şəbəkələşmə və strateji tərəfdaşlıqların qurulması imkanlarını qeyd edib. O, həmçinin diqqətə çatdırıb ki, sessiyalardan əldə olunan məlumatlar tədbirdə iştirak edən biznes subyektləri tərəfindən birbaşa tətbiq oluna bilər.

Hegazi Azərbaycanın rəqəmsallaşma səylərinə də toxunub: "Azərbaycanda rəqəmsallaşmanın sürətli tempi hökumətin ölkəni rəqəmsal hala çevirmək üzrə baxışını və öhdəliyini nümayiş etdirir.

Bu güclü rəqəmsal infrastruktur təkcə telekommunikasiya və informasiya texnologiyaları sektorlarında baş vermir, həm də ticarət, turizm kimi bütün sənayelərə bənzərsiz fürsətlər təqdim edir. İnanıram ki, Azərbaycanın bu təşəbbüskar səyləri ölkənin inkişafı üçün uzunmüddətli fayda gətirəcək".

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da diqqət çəkən Hegazi tədbirin əhəmiyyətini vurğulayaraq və keçən il Dubayda keçirilən COP28-in müsbət təcrübələrindən yararlanmaqla uğurlu olacağına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi