Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tam təqaüdlü təhsil almaq hüququ qazanıb

Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tam təqaüdlü təhsil almaq hüququ qazanıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlimlərin 3-cü dalğası üçün seçim prosesi başa çatıb.
İKT
30 Dekabr , 2023 11:20
Daha 60 nəfər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində tam təqaüdlü təhsil almaq hüququ qazanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlimlərin 3-cü dalğası üçün seçim prosesi başa çatıb.

Bu barədə “Report”a Agentlikdən bildirilib.

Məlumata görə, təlimlərə müraciət noyabrın 25-dən başlayıb və bu dövrdə qeydiyyatdan keçmiş 1 907 namizəddən 227-si seçilərək imtahan mərhələsinə vəsiqə qazanıb. Bu mərhələni uğurla keçərək müsahibəyə cəlb olunan 107 namizəddən ən yüksək göstəricilərə sahib 60 nəfər mərkəzdə tam təqaüdlü təhsil hüququ əldə edib.

3-cü təlim dalğası üzrə dərslər 22 yanvar 2024-cü ildən başlayacaq. Proqrama qəbul olunanlara israilli müəllimlər “Technion”un təlim proqramına əsasən dərslər keçəcək, nəzəri və praktiki biliklər öyrədəcək. Təlimlər 6 ay müddətində həftəiçi saat 09:00-dan 18:00-a qədər davam edəcək.

Proqram çərçivəsində “Red Team” (hücum) və “Blue Team” (müdafiə) olmaqla 2 qrup üzrə mütəxəssislər hazırlanacaq. Komandalar tədris müddətində yarışlar (CTF) və hakatonlarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Proqramı uğurla bitirənlərə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və “Technion”un birgə rəsmi sertifikatı təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi