"Bakcell" təqaüdlü təcrübə proqramına başlayıb

"Bakcell" təqaüdlü təcrübə proqramına başlayıb Proqram 18-25 yaşında gənclər, tələbə və məzunlar üçün nəzərdə tutulub
İKT
25 Aprel , 2015 10:38
Bakcell təqaüdlü təcrübə proqramına başlayıb

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti karyerasına başlamaq istəyən 18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.

Şirkətdən “Report”a verilən məlumata görə, “Smart Start” təcrübə proqramı sayəsində gənclər təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və “Bakcell”də peşəkar mühitlə tanış olmaq imkanı əldə edəcəklər.

Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün "Bakcell" təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

Son xəbərlər

Orphus sistemi