"​Bakcell" tələbə və məzunlar üçün təcrübə proqramına start verib

"​Bakcell" tələbə və məzunlar üçün təcrübə proqramına start verib Bütün ərizələr aprelin 20-dən mayın 10-dək təqdim edilməlidir
İKT
15 Aprel , 2016 18:07
​Bakcell tələbə və məzunlar üçün təcrübə proqramına start verib

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi “Smart Start” təcrübə proqramının yeni mövsümünün açılışını elan edib. Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün bir fürsətdir.

"Bakcell"dən "Report"a verilən məlumata görə, şirkət təcrübə imkanlarını karyeralarının müxtəlif mərhələlərini keçən bütün şəxslər üçün təqdim edir. Bu ödənişli təcrübə proqramı həftədə 5 iş günü olmaqla, iyul ayından sentyabr ayınadək davam edəcək.

Bütün ərizələr aprelin 20-dən mayın 10-dək təqdim edilməlidir. Mayın 16-dan iyunun 16-dək keçiriləcək ilkin seçim prosesində namizədlər sınaq və qrup müsahibələrinə dəvət olunacaqlar. İyunun 17-dən başlayaraq təcrübə keçənlərin seçimi üzrə komitə bütün uyğun namizədlərlə fərdi və sahələr üzrə müsahibələr keçirəcək. Bu proses iyunun 27-də başa çatdırılacaq və “Smart Start” proqramının uğurlu namizədləri  iyulun 1-də elan ediləcək.

Təcrübə proqramına başlamazdan əvvəl bütün seçilmiş namizədlərə "Bakcell" şirkəti tərəfindən daxili təlimlər keçiriləcək. Faktiki proqram iyulin 1-də başlayacaq və sentyabrın 1-də başa çatacaq. Bu dövr ərzində təcrübə keçənlər səmimi işçi heyətinin üzvləri kimi şirkətin gündəlik əməliyyatlarına fəal surətdə cəlb olunacaqlar.

Təcrübə proqramında iştirak etmək üçün namizəd aşağıdakı keçiddən istifadə edərək ərizə formasını (http://developtalent.bakcell.com/az) doldurmalıdır.

“Smart Start” təcrübə proqramında iştirak etmək üçün "Bakcell" şirkətinə 2015-ci ildə 2 000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc "Bakcell" şirkətində işlə təmin olunmaq imkanı əldə edib. 

Son xəbərlər

Orphus sistemi