"Azercell" yeni kampaniya həyata keçirir

"Azercell" yeni kampaniya həyata keçirir Şirkət abunəçiləri bugündən güzəştli şərtlərlə yeni telefon əldə edə biləcəklər
İKT
18 Avqust , 2016 12:56
Azercell yeni kampaniya həyata keçirir

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkəti yeni kampaniya həyata keçirir.

Şirkətdən “Report”a verilən məlumata görə, 4G smartfon əldə etmək arzusunda olan “Azercell” abunəçiləri kampaniya çərçivəsində bugündən etibarən güzəştli şərtlərlə yeni telefon əldə edə biləcəklər.

Kampaniya şərtlərinə əsasən, abunəçilər limitsiz internetə 12 ay (ayda cəmi 29,90 manat) müddətinə qoşulub, “Huawei Y560” smartfonuna pulsuz sahib olacaqlar. Bunun üçün “Azercell Expres” ofisi və ya Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edib, “Hədsiz İnternet” tarif paketinə qoşulmaq lazımdır.

Kampaniya çərçivəsində satılacaq telefonların sayı məhduddur.

Son xəbərlər

Orphus sistemi