Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Macarıstanda səfərdədir.
Macarıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumatına görə, Ə. Abbasov ITU Telecom 2015 beynəlxalq sərgisində iştirak etmək üçün Budapeştə gedib.
İki günlük səfər çərçivəsində Ə. Abbasovun Macarıstan rəsmiləri ilə də bir sıra görüşləri planlaşdırılıb.