Azərbaycan yenidən OIC-CERT-in "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcək

Azərbaycan yenidən OIC-CERT-in "Texnika və texnologiya" sahəsinə rəhbərlik edəcək Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin üzv olduğu OIC-CERT-in 4-cü strateji istiqaməti olan "Texnika və texnologiya" sahəsinə növbəti ildə də rəhbərlik edə
İKT
8 Fevral , 2023 16:17
Azərbaycan yenidən OIC-CERT-in Texnika və texnologiya sahəsinə rəhbərlik edəcək

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin üzv olduğu OIC-CERT-in 4-cü strateji istiqaməti olan "Texnika və texnologiya" sahəsinə növbəti ildə də rəhbərlik edəcək

“Report”un Mərkəzə istinadən verdiyi xəbərə görə, bu qərar OIC-CERT-in təsdiq edilmiş illik fəaliyyət planına daxildir.

Onlayn formatda keçirilən Direktorlar Şurasının ilk iclasda 2023-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı müzakirə olunmuş, idarə heyətinin tədbirlər planı üzrə məsul olacağı sahələr müəyyən edilib, yeni üzvlərin qəbulu məsələsi səsverməyə çıxarılıb, eləcə də idarə heyətinin növbəti canlı görüşünün təşkili ilə bağlı təkliflər dinlənilib.

Son xəbərlər

Orphus sistemi