Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub

Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndə heyəti ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində təşkil olunmuş "Kiber təhlükəsizlik həftəsi 2023" çərçivəsin
İKT
18 Oktyabr , 2023 17:30
Azərbaycan BƏƏ-də Kibertəhlükəsizlik həftəsi 2023də təmsil olunub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndə heyəti ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində təşkil olunmuş "Kiber təhlükəsizlik həftəsi 2023" çərçivəsində bir sıra tədbirlərə qatılıb.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 8-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Direktorlar Şurasının qapalı formatda növbəti iclası keçirilib, 2023-cü ilin fəaliyyət planı üzrə görülmüş işlər və gündəlikdə olan məsələlər müzakirə olunub. Hər il OIC-CERT təşkilatına üzv ölkələrdən birinin ev sahibliyi etdiyi illik iclasın təşkilatçılığını bu il "Kiber təhlükəsizlik həftəsi 2023" çərçivəsində keçirilən digər tədbirlərlə bərabər BƏƏ-nin Kiber Təhlükəsizlik Konsulluğu (CSC) öz üzərinə götürüb.

9-10 oktyabr tarixlərində təşkil olunmuş 11-ci Regional Ərəb, OIC-CERT və CIS Cyber Drill yarışlarında Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin mütəxəssisləri aktiv iştirak etməklə müxtəlif ssenarilər əsasında hazırlanmış kiber insidentlərin analizini həyata keçirib.

11-12 oktyabr tarixlərində isə 11-ci Regional Kiber təhlükəsizlik sammiti, 15-ci OIC-CERT illik konfransı və Region dövlətləri üçün FIRST simpoziumu təşkil olunub, həmçinin OIC-CERT "Kiber təhlükəsizlik mükafatı 2023"ün qalibini elan edib.

Ümumilikdə BƏƏ-nin Kiber Təhlükəsizlik Konsulluğu (CSC) və Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkilatçılığı ilə keçirilmiş sözügedən tədbirlərdə 70 ölkədən nümayəndələr iştirak edib. Tədbir zamanı Ginnesin Rekordlar Kitabının 5 nominasiyası üzrə yeni nəticələrin əldə olunduğu rəsmi şəkildə elan olunub.

Son xəbərlər

Orphus sistemi