Ziya Bünyadov prospektində sıxlıq yaranıb

Ziya Bünyadov prospektində sıxlıq yaranıb Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələri ləng hərəkət edirlər
İnfrastruktur
30 Mart , 2016 08:19
Ziya Bünyadov prospektində sıxlıq yaranıb

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin Ziya Bünyadov prospektində (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumatda bildirilib.

Eyni zamanda, Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanasının qarşısı), Azadlıq prospektində, Tbilisi prospektində, Koroğlu Rəhimov küçəsində, Səməd Vurğun küçəsində (Müasir Təhsil Kompleksinin qarşısı) və Afiyəddin Cəlilov küçəsində avtomobillərin hərəkətində nisbi sıxlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi