Zığ-Hövsan yolunun bir hissəsi 15 günlük bağlanacaq

Zığ-Hövsan yolunun bir hissəsi 15 günlük bağlanacaq Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir
İnfrastruktur
1 Oktyabr , 2016 15:14
Zığ-Hövsan yolunun bir hissəsi 15 günlük bağlanacaq

Bakı. 1 oktyabr.REPORT.AZ/ Bakının Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksəktəzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, qeyd edilən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan ( beton yol ) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiqamətlərinə uyğun yollarına davam edə bilərlər.

Son xəbərlər

Orphus sistemi