Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb

Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb Prezident İlham Əliyev sərəncam imzalayıb
İnfrastruktur
2 Avqust , 2016 18:09
Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi üçün 3 milyon manat ayrılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncama əsasən, 62 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun tikintisi məqsədilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi