Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazidə sıxlıq aradan qaldırılıb

Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazidə sıxlıq aradan qaldırılıb Nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz çıxışı təmin edilib
İnfrastruktur
29 Mart , 2015 14:51
Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazidə sıxlıq aradan qaldırılıb

Bakı. 29 mart. REPORT.AZ/ Bakıda daha bir yolda təmir işləri yekunlaşdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişdiyi hissədə genişləndirilmə işlərinin aparılması, o cümlədən Yusif Səfərov küçəsində dönmə əməliyyatı üçün yaradılan hissə Babək prospektindən Heydər Əliyev prospektinə, Xətai prospektinə və Koroğlu Rəhimov küçəsinə nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz çıxışını təmin edib.

"Həyata keçirilən bütün işlər həmin hissədə sıxlığın aradan qaldırılmasına xidmət edəcək", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi