Nazir: "Azərbaycanda ​gələn il yeni istehsal sahələrinin yaranması diqqət mərkəzində saxlanılacaq"

Nazir: "Azərbaycanda ​gələn il yeni istehsal sahələrinin yaranması diqqət mərkəzində saxlanılacaq" "Qeyri-neft sektorunun aqrar sektorunda gələn il 5,5% artım, növbəti illərdə 5,2% artım proqnozlaşdırılır"
İnfrastruktur
13 Oktyabr , 2015 13:36
Nazir: Azərbaycanda ​gələn il yeni istehsal sahələrinin yaranması diqqət mərkəzində saxlanılacaq

Bakı. 13 oktybar. REPORT.AZ/ Gələn il Azərbaycanda yeni istehsal sahələrinin yaranması diqqət mərkəzində saxlanılacaq.

“Report”un verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən plenar iclasında məlumat verib. O bildirib ki, gələn il neft sektorunun 1,7% azalması, qeyri-neft sektorunun isə artımı proqnozlaşdırılır: "Qeyri-neft sektorunun ÜDM-də payı 71%-ə çatdırılacaq. Qeyri-neft sektorunun aqrar sektorunda gələn il 5,5% artım, növbəti illərdə 5,2% artım proqnozlaşdırılır".

Nazir bildirib ki, gələn il orta aylıq əmək haqqının 474 manat, yaşayış minimumu 136 manat, inflyasiya 3,3% təşkil edəcək.

Onun sözlərinə görə, gələn il xidmət sektorunda isə 4,8%, növbəti illərdə 5,1% artım nəzərdə tutulub.

“Turizm sektorunda yerli və xarici investisiyaların cəlbi, turizm sektorunda yeniliklərin tətbiqi nəticəsində turizm sektorunun 2016 -2019-cu illərdə 12,5% artacağı proqnozlaşdırılır", - Ş.Mustafayev bildirib.

Son xəbərlər

Orphus sistemi