​Yeni Biləcəri massivində içməli su problemi olacaq

​Yeni Biləcəri massivində içməli su problemi olacaq Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" abonentlərdən üzr istəyir
İnfrastruktur
10 İyun , 2016 17:39
​Yeni Biləcəri massivində içməli su problemi olacaq

Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 13-də gün ərzində Yeni Biləcəri yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fasilə yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi