Yeni ​Bakı-Sumqayıt elektrik qatarları 75 min sərnişinə xidmət göstərib

Yeni ​Bakı-Sumqayıt elektrik qatarları 75 min sərnişinə xidmət göstərib Bu sərnişin sayı sentyabrın 12-dən oktyabrın 27-dək olan dövrü əhatə edir
İnfrastruktur
27 Oktyabr , 2015 15:47
Yeni ​Bakı-Sumqayıt elektrik qatarları 75 min sərnişinə xidmət göstərib

Bakı. 27 oktyabr. REPORT.AZ/ İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından Bakı-Sumqayıt marşrutu ilə istifadə edən sərnişinlərin sayı getdikcə artır.

Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, sentyabrın 12-dən oktyabrın 27-dək Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 74 059 nəfər sərnişinə xidmət göstərib. Belə ki, "Bakı Sərnişin" stansiyasından standart vaqonlara 39 232, biznes sinfinə aid olan vaqonlara 1 439, "Sumqayıt" stansiyasından standart vaqonlara 32 473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb.

Xatırladaq ki, sentyabr ayının 12-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb. Standard vaqonlara biletin qiyməti 80 qəpik, biznes sinfinə aid olan vaqonlara isə 2,5 manatdır.

Son xəbərlər

Orphus sistemi