​Yekaterinburq-Bakı aviareyslərinin sayı azaldılır

​Yekaterinburq-Bakı aviareyslərinin sayı azaldılır Bunun səbəbi tələbatın azalması ilə bağlıdır
İnfrastruktur
21 Noyabr , 2015 11:29
​Yekaterinburq-Bakı aviareyslərinin sayı azaldılır

Bakı. 21 noyabr. REPORT.AZ/ Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Yekaterinburq-Bakı marşrutu üzrə aviareyslərin sayını azaldıb.

Şirkətdən "Report"a bildirilib ki, bu gün saat 19:00-da Bakıya gəlişi gözlənilən reys isə ləğv edilib.

Artıq gələn həftədən etibarən bu marşrut üzrə reyslər həftədə bir dəfə həyata keçiriləcək: "Bakıya reys bundan sonra həftədə iki deyil, yalnız bir dəfə, IV gün yerinə yetiriləcək. Buna səbəb isə tələbatın aşağı düşməsidir".

Qeyd edək ki, Yekaterinburq-Bakı-Yekaterinburq aviareysləri indiyədək IV və VI günlər "Airbus A320/200" təyyarələri yerinə yetirir. Yekaterinburqdan təyyarə saat 16:55-də, Bakıdan isə 20:00-da havaya qalxır. Bir istiqamətdə aviabiletin qiyməti 226 manat, iki istiqamətdə isə 419 manatdır.

Son xəbərlər

Orphus sistemi