Yaxın günlərdə "BakuBus" işə başlayır

Yaxın günlərdə "BakuBus" işə başlayır İlkin olaraq "BakuBus" və "Bakı Sərnişin Nəqliyyat"ın avtobus marşrutları birgə işləyəcək
İnfrastruktur
31 İyul , 2015 11:32
Yaxın günlərdə BakuBus işə başlayır

Bakı. 31 iyul. REPORT.AZ/ Bakıda yaxın günlərdə "BakuBus" MMC-nin sərnişindaşıma xidmətlərinə başlayacağı gözlənilir. Bu şirkətə məxsus "Iveco" avtobusları şəhər mərkəzində, ətrafda isə "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin avtobusları işləyəcək.

"Report"un əldə etdiyi məlumata görə, qəsəbələrin kənarından şəhər mərkəzinə gələn marşrutlar, əsasən ilkin olaraq yaxın günlər üçün 1 nömrəli marşrut üzrə hər iki şirkətin avtobusları fərqli nömrələrlə işləyəcək. Hazırda bununla bağlı danışıqlar gedir.

Müzakirələrə əsasən, Əhmədli qəsəbəsindən gələn sərnişinlər "Koroğlu" metro stansiyasına hazırkı mövcud avtobuslardan, oradan şəhər mərkəzinə isə "BakuBus"ın yeni avtobuslarından istifadə edəcək.

Qeyd edək ki, eyni zamanda 3 nömrəli marşrutun da yaxın vaxtlarda yenidən xəttə çıxacağı müzakirə edilən məsələlər sırasındadır.

Ümumilikdə, Bakı şəhərində sərnişindaşıma xidmətləri göstərəcək "BakuBus"ın ilkin mərhələdə paytaxt mərkəzində 16 marşrut üzrə işləməsi gözlənilir. Bu proses tədricən həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi