​Yaponiya pilotsuz uçan aparatların istehsalına başlayıb

​Yaponiya pilotsuz uçan aparatların istehsalına başlayıb Bakı. 28 avqust. REPORT.AZ/ Yaponiya pilotsuz uçan aparatlar hazırlamasına başladığını bəyan edib və bu aparatlar təkcə hərbi məqsə...
İnfrastruktur
28 Avqust , 2014 17:45
​Yaponiya pilotsuz uçan aparatların istehsalına başlayıb
Bakı. 28 avqust. REPORT.AZ/ Yaponiya pilotsuz uçan aparatlar hazırlamasına başladığını bəyan edib və bu aparatlar təkcə hərbi məqsədlər üçün hazırlamır.

Pilotsuz aparatlardan köhnə tunel və körpülər kimi infrastruktur obyektlərinin yoxlanılması, eləcə də kənd təsərrüfatı bitkilərinin artımının izlənməsi üçün istifadə olunması, habelə onların əlavə zəruri texnika ilə təchiz edilməsi planlaşdırılır. Bundan başqa, günəş batareyaları ilə uzun müddət havada qalan pilotsuz aparatların hazırlanması ilə bağlı iş aparılır.

Analitiklər qeyd edirlər ki, aparatlardan iqtisadi mənfəət 2025-ci ilədək təkcə ABŞ-da 76 mlrd. dollar təşkil edəcək. Bundan əlavə, pilotsuz uçan aparatlardan hazırda kommersiya məqsədləri üçün istifadə edilir. Məsələn, ABŞ-ın "Amazon" internet şirkəti ötən ilin dekabrında yükləri pilotsuz uçan aparatlarla çatdırmaq niyyətində olduğunu elan edib. Həmçinin, "Facebook" şirkəti pilotsuz uçan aparatlardan dünyanın müxtəlif hissələrində qoşulmanın genişləndirilməsi üsulu kimi internet siqnallarının yayımı üçün istifadə etməklə bağlı planlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi