​Xocahəsən yolunda hərəkət məhdudlaşdırılır

​Xocahəsən yolunda hərəkət məhdudlaşdırılır Məlumatda deyilir ki, təmir işləri asfalt-beton örtüyünün dağılmış hissələrinin bərpa işlərini əhatə edir
İnfrastruktur
18 May , 2016 09:48
​Xocahəsən yolunda hərəkət məhdudlaşdırılır

Bakı. 18 may. REPORT.AZ/ Bu gündən etibarən Xocahəsən avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq. “Report”un “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, hərəkətin məhdudlaşdırılması aparılan cari təmir işləri ilə əlaqədardır.

Məlumatda deyilir ki, təmir işləri asfalt-beton örtüyünün dağılmış hissələrinin bərpasını əhatə edir.

Sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi