​Xırdalan dairəsində nəqliyyatın hərəkəti bərpa edilib

​Xırdalan dairəsində nəqliyyatın hərəkəti bərpa edilib Məlumata görə, artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib
İnfrastruktur
15 May , 2015 13:39
​Xırdalan dairəsində nəqliyyatın hərəkəti bərpa edilib

Bakı. 15 may. REPORT.AZ/ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən Xırdalan dairəsində aparılan təmir-tikinti işləri qısa zaman kəsiyində yekunlaşdırılıb. Bu barədə "Report"a Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən məlumat verilib.

Məlumata görə, artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kv. metrdən çox asfalt-beton örtüyü döşənib.

“Azəryolservis” paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xatırladaq ki, “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi