Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb

Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb Azərbaycan Prezidenti bununla bağlı sərəncam imzalayıb
İnfrastruktur
19 Dekabr , 2014 20:39
Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Qusarçay-Pirquluoba - Yeni Həyat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, 8 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi