"Volkswagen" avtomobil dilerlərinə 1,2 mlrd. dollar ödəyəcək

"Volkswagen" avtomobil dilerlərinə 1,2 mlrd. dollar ödəyəcək Avtomobil satıcılarına sövdələşməni tərk etmək və konsernə qarşı fərdi qaydada şikayət etmək icazəsi verilir
İnfrastruktur
1 Oktyabr , 2016 12:48
Volkswagen avtomobil dilerlərinə 1,2 mlrd. dollar ödəyəcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Almaniyanın avtomobil istehsalçı konserni " Volkswagen" ekeoloji normaların pozulması ilə bağlı ifşa edilmiş qalmaqala görə, biznesinə zərər dəyən ABŞ-lı avtomobil diler şirkətlərinə 1,2 mlrd. dollar həcmində cərimə ödəyəcək. "Report"un "TASS"a istinadən verdiyi məlumata görə, bu iddialar ötən gün San-Fransisko (Kaliforniya ştatı) məhkəməsində tənzimlənib.

Artıq razılaşmanı hakim rəsmi şəkildə təsdiqləməlidir. Təzminat alacaq dilerlərin dəqiq sayı dəqiqləşdirilmir. Lakin "Associated Press" agentliyinin qeyd etdiyi kimi, avtomobil satıcılarına sövdələşməni tərk etmək və konsernə qarşı fərdi qaydada şikayət etmək icazəsi verilir.

İyul ayında məhkəmə ilkin qaydada ABŞ-da "Volkswagen" sonunucunun ekoloji normaları pozduğuna görə təxminən 15 mlrd. dollar ödəməyə təhkim olunduğunu nəzərdə tutan razılaşmanı təsdiqləmişdi. Razılaşmanın yekun olaraq təsdiqlənə biləcəyi dinləmələr oktyabrda keçiriləcək.

Ehtimal edilir ki, tərəflər arasında olan razılaşmada qeyd edilib ki, "Volkswagen" avtomobil sahiblərinə maşının istehsal ili, hərəkətdə olması və digər amillərdən asılı olaraq 5 min dollardan 10 min dollaradək təzminat ödəyəcək. Almaniyanlı konsern ekoloji ziyanın aradan qaldırılmasına 2,7 mlrd. dollar, ətraf mühiti ən az dərəcədə olsa belə çirkləndirən avtomobillərin yenidən təkmilləşdirilməsinə 2 mlrd. dollar ödəyəcək.

Xatırladaq ki, "Volkswagen" avtomobillərində ABŞ-ın sərt ekoloji normalarından xilas olmağa imkan verən proqram təminatı aşkar edildikdən sonra qlobal səviyyədə "dizel qalmaqalına" düçar olub. Avtomobil nəhənginə qarşı araşdırmalar Avropa və Asiyanın bir neçə ölkəsində başlanılıb. Deyilənlərə görə, bu problem avtomobil konserninin bütün dünya üzrə 11 mln. maşınına şamil edilə bilər. 

Son xəbərlər

Orphus sistemi